MİDA evlərin 70%-ni ipoteka ilə satıb

MİDA-nın xətti ilə satılan evlərin 70%-i İpoteka və Kredit Zəmanət Fondunun ayırdığı kreditlərin hesabına satılıb.

SOSİUM.az xəbər verir ki, bu barədə onlayn görüş zamanı İpoteka və Kredit Zəmanət Fondunun sədr müavini Rəhman Hümmətov bildirib.

Onun sözlərinə görə, hazırda Fondun funksiyaları iki istiqamətə yönəlib. Bunlardan biri əhalinin yaşayış sahəsi ilə təmin edilməsi – kirayə üsulu ilə satış, ipotekaa kreditlərinin verilməsi və MİDA-nın xətti ilə mənzillərin satışıdır.

İkinci istiqamət isə sahibkarlıq subyektlərinə – zəmanət və subsidiyaların verilməsidir. «Təkcə ötən ay 60 milyon manatldıq zəmanət və subsidiya verilib»-deyə R.Hümmətov bildirib.

Oxşar xəbərlər