Mikayıl Cabbarov da peyvənd olundu

İqtisadiyyat naziri Mikayıl Cabbarov COVID-19 əleyhinə peyvənd olunub.

SOSİUM.az xəbər verir ki, bu barədə nazir özünün sosial media hesabında yazıb.

“Mən də peyvənd olunmuşam və hər kəsə bu prosesə qoşulmağı tövsiyə edirəm”, – deyə Mikayıl Cabbarov qeyd edib.

O bildirib ki, COVID-19 əleyhinə peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir.

Oxşar xəbərlər