Milli Məclis yeni medalları təsis etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

SOSİUM.az xəbər verir ki, qanuna təklif olunan dəyişikliklə “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020) yubiley medalı” təsis olunacaq.

Digər bir dəyişikliklə isə “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012 – 2022) yubiley medalı” təsis ediləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

Oxşar xəbərlər