Milli Məclis Ombudsman seçəcək

Milli Məclisin noyabrın 29-da  keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

İclasın gündəliyinə 22 məsələ daxil edilib.

Həmin iclasda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) vəzifəsinə namizədlik məsələsinin müzakirəyə çıxarılacağı gözlənilir.

Bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyini irəli sürüb. Namizədlər Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Qeyd edək ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. O, 2002-ci ildən Ombudsmandır. Onun səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Oxşar xəbərlər