Milli Məclisin növbəti iclasının hansı şəkildə keçiriləcəyi AÇIQLANDI

Milli Məclisin aprelin 17-nə təyin olunan iclasının hansı qaydada keçiriləcəyi məlum olub. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

Mətbuat katibi bildirib ki, novbəti plenar iclas elektron qaydada keçirilməyəcək:
“Milli Məclisin aprelin 17-nə təyin olunan plenar iclası əvvəlki qaydada keçiriləcək”.

Qeyd edək ki, plenar iclasın internet vasitəsi ilə keçirilməsi üçün Milli Məclisin 42 deputatının müraciət etməsi və Milli Məclis Sədrinin müvafiq sərəncam verməsi lazımdır.

Oxşar xəbərlər