Milli Məclisin yaz sessiyası başa çatdı

Milli Məclisin növbədənkənar sessiyası öz işini başa vurub.

SOSİUM.az xəbər verir ki, bu barədə parlamentin iclasında spiker Sahibə Qafarova bildirib.

Milli Məclis sədri söyləyib ki, parlamentin növbədənkənar sessiyası zamanı səkkiz iclas keçirilib.

O qeyd edib ki, Milli Məclisin növbədənkənar iclaslarında 35 qanun və qərar qəbul olunub.

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası iyunun 1-də başlamışdı.

Növbədənkənar sessiyanın bitməsinə görə, deputatlar tətilə yollanıblar.

Qanunvericiliyə əsasən Milli Məclisin payız sessiyası öz işinə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir