“Milli Şuradakılar utanmadan yalan danışır”

“Cəmil Həsənli məni Prezident Administrasiyasında şöbə müdiri olan Zeynal Nağdaliyevlə “görüşdürmüşdü”, indi də, baxıram, Gültəkin Hacıbəyli məni Prezident Administrasiyasının başqa bir şöbə müdiri Ədalət Vəliyevlə “görüşdürüb”. Gültəkin xanım iddia edir ki, guya Ədalət Vəliyev mənə Lukaşenkonu dəstəkləmək sifarişini verib. Nə milli, nə də şura olanlar utanmadan yalan yaymağa davam edirlər”.

SOSİUM.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

E.Qədirli bildirib ki, təhqirlərə çoxdan önəm vermir, ona görə cavab yazmır: “Amma fakt iddiası şəklində yayılan yalanlara sadəlöhv insanların inana biləcəyi ehtimalı olduğundan, onları hərdən cavablandırmalı oluram. Mən nə Zeynal Nağdaliyevlə tanışam, nə də Ədalət Vəliyevlə. Heç birisi ilə nə görüşmüşəm, nə də danışmışam. Halbuki, onrlarla, eləcə də hökumətin başqa adamlarıyla, görüşüb-danışmaqda heç bir problem görmürəm. Elə bir şey olarsa, səhifəmdə yazaram. Ayrıca, mən Lukaşenkonu dəstəkləməmişəm. O gün yazdığımı Lukaşenkoya dəstək saymaq üçün gərək ya anlaqsız olasan, ya da qərəzli…”.

Oxşar xəbərlər