Belarusda müxalifət növbəti mitinq keçirib

Cümə axşamı günü Minskdə Müstəqillik meydanında müxalifətin növbəti mitinqi baş tutub.

SOSİUM.az xəbər verir ki, bu barədə “TASS” xəbər verib.

2 mindən çox insanın iştirak etdiyi etiraz aksiyası dinc şəraitdə başa çatıb.

Meydanda, həmçinin Lukaşenkoya dəstək qrupunun az sayda nümayəndəsi olub.

Mitinqçilər növbəti günlərdə də etiraz aksiyalarını davam etdirməyə hazır olduqlarını bəyan ediblər.

Oxşar xəbərlər