Belarusda müxalifətə atəş açıldı

Belarusun paytaxtı Minskdə Prezident Aleksandr Lukaşenkonun iqamətgahına doğru yürüş etməyə cəhd edən nümayişçilər polisin sərt müdaxiləsi ilə üzləşiblər.

SOSİUM.az yerli KİV-ə istinadən bildirir ki, Orlovskaya küçəsində polis qüvvələri yürüş iştirakçılarına 10-a yaxın səs bombası atıblar.

Polis müqaviməti ilə üzləşən nümayişçilər ərazidən uzaqlaşıblar.

İnsident zamanı bir neçə şəxsin xəsarət aldığı, təxminən 120 nəfərin saxlanıldığı deyilir.

Oxşar xəbərlər