Minskin mərkəzinə qoşun yeridilib

Bu gün Belarus müxalifətinin böyük mitinqi gözlənilir

Bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər Minsk şəhərinin mərkəzinə yeridilib.

SOSİUM.az xarici mediaya istinadən xəbər verir ki, hərbi texnika və təhlükəsizlik qüvvələri Minskin Uruçye mikrorayonundakı bazanı tərk edərək mərkəz istiqamətə yön alıb.

Məlumatına görə, konvoy İstiqlal Meydanı və Hökümət Evinə aparan İstiqlal prospekti ilə saat 07:00-da hərəkətə keçib.

Güman ki, hərbçilər mitinqin dağıdılmasına görə səfərbər edilib. Bu gün Belarus müxalifəti şəhərin bu istiqamətində böyük mitinq keçirməyi planlaşdırıb.

Qeyd edək ki, artıq Belarusda 3 həftədir ki, avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrinə etiraz mitinqləri keçirilir. Belarus xalqı hazırkı Prezident Aleksandr Lukaşenkonun saxta seçki keçirdiyini hesab edir. Etirazçılar Prezidentin istefasını və yeni seçkilər keçirilməsini tələb edirlər. Lukaşenko isə etirazların Qərb tərəfindən hazırlandığını iddia edir.

Xatırladaq ki, prezident seçkilərinin rəsmi nəticələrinə görə hazırkı Prezident 80 faizdən, müxalifətin namizədi olmuş Svetlana Tixanovskaya isə 10 faizdən bir az artıq səs toplayıb.

Oxşar xəbərlər