Misirdə kütləvi həbslər başladı: 1000 nəfər…

Misirin Baş Prokurorluğu ölkənin müxtəlif şəhərlərində keçirilmiş etiraz aksiyalarında saxlananların sayı haqqında məlumatları açıqlayıb.

SOSİUM.az xəbər verir ki, ölkənin 5 vilayətində 1000 nəfər saxlanılıb və istintaqa cəlb edilib. Onlar mitinqlərdə iştirakda ittiham ediliblər.

Rəsmi məlumatda bildirilir ki, saxlanılanların arasında bir neçə xarici vətəndaş, o cümlədən hollandiyalı da var. O, yaşadığı mehmanxananın damından dronun köməyi ilə “Təhrir” meydanında və yaxınlıqdakı küçələrdə fotoçəkiliş aparıb. Saxlanılanlar arasında “İslam cihadı” qruplaşmasının üzvü də var.

Bundan başqa Türkiyə vətəndaşının da həbs olunduğu bildirilib. O, “Təhrir” meydanında güc strukturları əməkdaşlarının fotoçəkilişini aparıb.

Oxşar xəbərlər