Mobil telefon idxalında böyük artım

Bu ilin yanvar-avqust ayında Azərbaycana 849 170 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

SOSİUM.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan sözügedən məhsulların sayı 65,7% artıb.

Cari ilin səkkiz ayı ərzində idxal olunan məhsulların dəyəri 99 milyon 985,3 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 98,3% çoxdur.

Oxşar xəbərlər