Motosiklet aşıb, sürücü isə ağır yaralanıb

Xırdalan şəhərində yol qəzası zamanı motosiklet sürücüsü ağır xəsarət alıb.

SOSİUM.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Qalubiyyə küçəsində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Kamran Hikmət oğlu motosikletlə hərəkətdə olan zaman idarə etdiyi nəqliyyat vasitəsini aşırıb. Nəticədə o, ağır xəsarət alıb.

Yaralı sağ baldır sümüyünün sınığı diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər