MSK-nın tərkibi payızda formalaşacaq

“Mərkəzi Seçki Komissiyası üzvlərinin və əvəzedici üzvlərin seçilməsi haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Bu barədə SOSİUM.az-a Milli Məclisdən məlumat verilib.

Milli Məclisdə deputatları çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından bildirilib ki, MSK-nın 6 üzvü YAP-ı təmsil edəcək: “Üzvlüyə namizədlərlə bağlı məsələ isə partiya tərəfindən payızda müzakirə olunacaq”.

Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir.

Seçki Məcəlləsinə əsasən, komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı təmsil edir. 6 üzvü bitərəf deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir