“Təxribat mümkün deyil” – MSK sədri

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının (DSK) sədrlərini ölkəyə “seçki vasitəsilə müdaxilə cəhdi” edilə biləcəyi barədə xəbərdar edib.

SOSİUM.az xəbər verir ki, MSK sədri Azərbaycanda seçki sisteminin Avropa standartlarına uyğunlaşdırıldığını deyib.

Onun sözlərinə görə, seçki sistemi təkmilləşdirilib, zamanla qanunvericiliyə müvafiq dəyişiklikər edilir. Ölkədə seçkilərin təşkilində siyasi iradə ortada olub.

“Dairə seçki komissiyalarının sədrləri seçkilərin ölkə üçün nə dərəcədə önəmli olduğunu bilməlidirlər. Azərbaycanda siyasi sabitlik seçkilərin təhlükəsiz keçirilməsi üçün birinci göstəricidir”,-Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə belə deyib.

“Müəyyən qarşıdurmaya cəhdlər olub. Amma bunlara baxmayaraq nailiyyətlər əldə etmişik. MSK-nın seçki işi ilə əlaqəli olan beynəlxalq qurumlarla əməkdaşlığı davam edir. Bəzi hallarda Azərbaycandakı seçki sistemini bəyənməyiblər, biz onlara izah etmişik, müzakirələr aparmışıq. Hazırda ucqar rayonlarda da səsverəmənin həyata keçirilməsi üçün bütün şərait yaradılıb. Bununla belə, arxayınlaşma olmamalıdır. Bilirsiniz ki, seçki vasitəsilə ölkəyə müdaxilə etməyə cəhd edə bilərlər. Dünya durduqca bu cür problemlər də olacaq, çəkinmək lazım deyil. Dairə seçki komissiyalarının sədrləri xoşagəlməz halların baş verməsindən sığortalanmayıb. Seminar-müşavirə keçiririk ki, xoşagəlməz halların sayı az olsun. Dünyanın heç bir yerində ideal seçici siyahısı tərtib etmək mümkün deyil»,-MSK sədri çıxışında deyib.

Xatırladaq ki, bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Oxşar xəbərlər