Müdafiə Nazirliyi yeni hədəfi göstərdi

Mənəvi-psixoloji vəziyyəti və maddi-texniki təminatı yüksək səviyyədə olan Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir.

SOSİUM.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

“Biz bu cəsarəti və döyüş ruhunu müzəffər Ali Baş Komandanımız və sarsılmaz xalqımızdan alırıq. Hazırda Xocavənd istiqamətində hücumu genişləndirən Azərbaycan Ordusu əməliyyat şəraitini nəzarətdə saxlamaqla döyüşləri böyük ruh yüksəkliyi və mətinliklə davam etdirir. Qələbə bizimlədir!” – deyə, o bildirib.

Oxşar xəbərlər