Müsavatın qərargahından oğurluq olub

Bu gecə nəmalum şəxslər Müsavat partiyasının qərargahına girib.

SOSİUM.az xəbər verir ki, bu barədə partiya sədri Arif Hacılı bildirib. Onun sözlərinə görə, qərargahdan oğurluq edilib.

“Dəmir barmaqlıqlar kəsilib. Pəncərələr sındırılıb. Hələlik 2 kondisionerin aparıldığı məlumdur. Polisə müraciət olunub.
İndi burada xeyli polis əməkdaşı əməliyyat tədbirləri aparır”, – A.Hacılı deyib

Oxşar xəbərlər