Nərgiz Cəlilovaya yeni vəzifə verildi

Azərbaycanın əməkdar artisti, tanınmış aparıcı Nərgiz Cəlilova Azərbaycan Dövlət Televiziyasında yeni vəzifənin icrasına başlayıb.

SOSİUM.az xəbər verir ki, Nərgiz xanım AzTV-də Aparıcı qrupunun bədii rəhbəri vəzifəsində çalışacaq.

O da bildirilib ki, artıq Nərgiz Cəlilova qeyd olunan vəzifədə işinin başındadır. Yaxın günlərdə Nərgiz xanımın bu vəzifəyə təyinatı gözlənilir.

Qeyd edək ki, son ilə qədər AzTv-də Aparıcı qrupun bədii rəhbəri Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynov olub. Mərhum Rafiq Hüseynovdan sonra bu vəzifə məhz Nərgizə Cəlilovaya həvalə olunacaq.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir