Vəkili: Navalnı həbsxanadan yoxa çıxıb

Aleksey Navalnı “Matrosskaya Tişina” təcridxanasında deyil.

Aleksey Navalnının vəkili Vadim Kobzev onunla görüşmək üçün “Matrosskaya Tişina” istintaq təcridxanasına gələndə müttəhimi orada tapa bilməyib.

“Vəkil Kobzev bu gün SIZO-1 “Matrosskaya Tişina”da idi. Orada ona Alekseyin müəssisəni tərk etdiyini söyləyiblər. Onun indi harada olduğunu və sözügedən olayın nə vaxt baş verdiyini bilmirik”,– deyə Aleksey Navalnının Twitter-i məlumat verir.

Bu arada, Vadim Kobzevin özü açıqlayıb ki ki, görüşün mümkünsüz olduğunu söyləyənədək üç saat istintaq təcridxanasında gözləməli olub. Bundan sonra təcridxana əməkdaşları ona Navalnının etap edildiyini bildirsə də, hara aparıldığını dəqiqləşdirməkdən imtina ediblər.

Qeyd edək ki, az əvvəl Rusiya mətbuatı Aleksey Navalnının böyük ehtimalla Rusiyanın uzaq koloniyalarından birinə aparılacağını bildirmişdi.

Məsələ ictimailəşdikdən sonra isə Navalnının ümumi rejimli koloniyaya köçürüləcəyi açıqlansa da yeri haqda əlavə informasiya verilməyib.

“Məhkum mənzil başına çatdırılanadək Cəzaların İcrası Federal Xidməti cəzaçəkmə məkanını açıqlaya bilməz” – deyə, Moskva İctimai Monitorinq Komissiyasının üzvü Yeva Merkaçyova məlumat verib.

// savash.org

Oxşar xəbərlər