Kreml Navalnı ilə bağlı rəsmi açıqlama verdi

Xəbər verdiyimiz kimi, Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlamasında siyasətçinin sinir iflic edici “Noviçok” maddəsi ilə zəhərləndiyini bildirib. Almaniyanın Nazirlər Kabineti Rusiya hökumətini məsələ ilə əlaqədar açıqlama verməyə çağırıb.

SOSİUM.az xəbər verir ki, bundan sonra Rusiya Xarici İşlər Nazirliyi hazırda Baş Prokurorluq tərəfindən Navalnının zəhərlənməsi ilə əlaqədar bir neçə gün əvvəl Berlinə göndərilən sorğuya cavab gözlədiklərini qeyd edib.

Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov isə rəsmi Berlinin Moskvaya məsələ ilə bağlı heç bir məlumat vermədiyini bildirib.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Navalnının “Noviçok” tərəfindən zəhərlənməsi barədə yayılan xəbərlərə “Rossiya 1” telekanalında münasibət bildirib. O, bu məsələnin siyasətçilər tərəfindən deyil, həkimlər tərəfindən müzakirə olunmalı olduğunu bildirib.

“Siyasətçilər həkimlərin işlərinə qarışmağa başlayarlarsa, dünyanın hara gedəcəyini bilmirəm. Siyəsətçilərin, Almaniya Xarici İşlər Nazirliyinin bu məsələ ilə nə əlaqəsi var? Alman rəhbərliyinin bununla nə əlaqəsi? – deyə XİN rəsmisi qeyd edib.

Zaxarova Almaniyanın hazırkı vəziyyətdə köhnə nümunələrdən istifadə etdiyini və ssenarinin təkrarlandığını bildirib. O, Rusiyanın həkimlər tərəfindən Almaniyaya göndərilən sorğulara rəsmi cavab gözlədiyini vurğulayıb.

Oxşar xəbərlər