“Navalnı məsələsi…” – Merkel Putinə əsəbləşdi

Almaniya kansleri Angela Merkel Aleksey Navalnı ilə bağlı vəziyyətə göstərdiyi münasibətə görə Rusiya Prezidenti Vladimir Putinə əsəbiləşib.

SOSİUM.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazıb.

“Almaniya Rusiya və digər Qərb ölkələri arasında əsas vasitəçidir. Vladimir Putin də Navalnı kimi həssas məsələdə normal mövqe göstərmədiyi üçün Merkel əsəbiləşib. Aleksey Navalnı Berlində Angela Merkelin ofisindən bir neçə dəqiqəlik məsafədə komada yatır və kansler Putinlə nə edəcəyini bilmir”, – məlumatda bildirilib.

Agentlik qeyd edir ki, Merkelə yaxın iki məmurun sözlərinə görə, kansler əvvəllər Rusiya haqqında danışanda işlətdiyi ifadələri ehtiyatla seçirdi. Amma “Şarite” klinikasının həkimlərinin Navalnının zəhərləndiyi barədə bəyanatından sonra Merkel Putindən tələb edib ki, fakt tamamilə araşdırılsın.

Oxşar xəbərlər