Navalnı çox ağır vəziyyətdə: komaya düşdü

Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsinin təfərrüatları məlum olub.

SOSİUM.az xəbər verir ki, həkimlər onun qallüsinogen tərkibli naməlum maddə ilə zəhərləndiyinə dair diaqnoz qoyublar.

“Baza” telegram-kanalı bildirir ki, söhbət oksibutriat natriumdan gedir. Həmin güclü psixodisleptik dadına görə duzludur, rəngi və iyi yoxdur.

Habelə bildirilir ki, Tomskdan Moskvaya uçarkən Navalnı təyyarənin tualetinə gedib və oradan xeyli vaxt çıxmayıb. Daha sonra sərnişinlər onun qışqırığını və köməyə çağırdığını eşidiblər. Heyət təyyarənin Omskda təcili endirilməsinə qərar verib, aerporta təcili yardım briqadası çağırılıb. Təcili yardım briqadası gələndə Navalnı gözlərini açıb, amma danışa bilməyib. Onu birbaşa uçuş-enmə zolağından təcili yardım maşını ilə Omsk şəhər xəstəxanasının toksikoreanimasiya şöbəsinə aparıblar.

Hazırda siyasətçinin vəziyyəti kritikdir, o koma vəziyyətindədir və süni tənəffüs aparatına qoşulub. Navalnının yaxınları həkimlərə deyiblər ki, o, energetik içəndən sonra halı pisləşib. Bundan əvvəl siyasətçinin mətbuat katibi Navalnının uçuş zamanı ancaq çay içdiyini demişdi.

***

Rusiya müxalifətinin lideri, korrupsiya ilə mübarizə Fondunun əsasını qoyan Aleksey Navalnı ağır zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

SOSİUM.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Navalnının vəziyyəti Tomskdan Moskvaya uçan təyyarədə pisləşib. Təyyarə Omskda təcili yerə enib və siyasətçi yerli xəstəxanaya çatdırılıb.

Navalnının mətbuat katibi Kira Yarmış bildirib ki, hazırda siyasətçi xəstəxananın reanimasiya şöbəsindədir, huşsuz vəziyyətdədir. Omsk 1 saylı təcili yardım xəstəxanasından faktı təsdiqləyiblər və deyiblər ki, Navalnı toksikoreanimasiyadadır. Tibb müəssisəsinin baş həkimi bloqerin vəziyyətinin olduqca ağır olduğunu bildirib.

Oxşar xəbərlər