“Navalnı Rusiyaya qayıda bilər”

“Kreml müxalifət lideri Aleksey Navalnının xəstəxanadan buraxılması barədə rəsmi məlumat almasa da, onun Rusiyaya qayıtmaq hüququ var”.

SOSİUM.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov bu gün keçirilən brifinqdə açıqlama verib.

“Moskvaya qayıtmasına gəlincə, hər bir Rusiya vətəndaşı kimi o, hər an bunu edə bilər”,-deyə Peskov qeyd edib.

Bununla yanaşı Peskov Rusiya ilə Almaniya arasında birbaşa uçuşların hələ bərpa olunmadığını xatırladıb: “Bu səbədən o, uçuşların bərpa olunduğu ölkələr vasitəsi ilə qayıda bilər. Ya da ki, dostları və ya qaldığı ölkə özəl təyyarə təmin edəcək. Bunu artıq bilmirik”.

Xatırladaq ki, 20 avqustda zəhərləndiyi məlum olan A. Navalnı bu gün müalicə aldığı Berlinin “Şarite” klinikasından evə buraxılıb.

Oxşar xəbərlər