Nazirlər Füzuliyə və Cəbrayıla getdilər

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli işğaldan azad olunmuş bölgələrdə səfərdədir.

SOSİUM.az-ın məlumatına görə, nazir bu gün Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə birgə Füzuli, Cəbrayıl və Zəngilana yollanıblar. Onlar Cəbrayıl rayonunda azad olunmuş yeni əkin sahəsinə də baxış keçirəcəklər.

Qeyd edək ki, Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli azad olunmuş ərazilərə səfər edən ilk xarici nazirdir.

Oxşar xəbərlər