Əli Əsədov aparat rəhbəri təyin etdi

Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.

SOSİUM.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.

R. Məmmədov buna qədər İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.

Oxşar xəbərlər