Nazirlik tenderin qalibini açıqladı

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Füzuli, Bərdə, Ağsu, Zərdab rayonlarında yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi tenderlərinin qalbi bəlli olub.

SOSİUM.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi 4 tenderin qalibi “KAİZEN” MMC şirkəti olub. Bərdə rayonunda yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi üçün 2 milyon 810 min 256 manat; Füzuli rayonunda yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi üçün 2 milyon 801 min 593 manat; Ağsu rayonunda yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi üçün 2 milyon 803 min 424 manat; Zərdab rayonunda yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi üçün 2 milyon 828 min 401 manatlıq müqavilə bağlanıb.

Oxşar xəbərlər