Neftçalada aztəminatlı ailələrə sosial yardımlar paylanılıb-FOTO

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq aztəminatlı ailələrə Neftçala Rayon İcra Hakimiyyəti və rayonda fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən maddi və ərzaq yardımları göstərilib.

SOSİUM.az xəbər verir ki, rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən imkansız ailələrə baş çəkilib. Görüşlər zamanı onların hazırkı durumları ilə maraqlanılıb və həmin ailələrə ərzaq yardımları paylanılıb. İndiyədək rayonda 730 ailəyə sosial təminat sahəsində kömək göstərilib.

Xeyriyyə aksiyasında rayon icra hakimiyyəti ilə yanaşı, rayon ərazisində fəaliyyət göstərən digər idarə, təşkilat və qurumlar da yaxından iştirak ediblər.

Rayonda aksiya çərçivəsində aztəminatlı ailələrə sosial yardımlar davam edir.

Oxşar xəbərlər