“Neftçi”nin yeni transferindən açıqlamalar

“Belə bir komandaya gəldiyim üçün şadam. Sevinirəm ki, öz ənənəsi, titulları və tarixi olan klubun üzvüyəm. Yeni komandama kömək etmək üçün var gücümü ortaya qoyacağam”.

SOSİUM.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Bruno Teluşi klubun rəsmi “YouToube” kanalına açıqlamasında deyib.

“Ağ-qaralar”ın tarixində ilk albaniyalı futbolçu olduğunu söyləyən dayaq yarımmüdafiəçisi bunun özü üçün əlamətdar hadisə kimi qiymətləndirib: “Albaniyanın “Neftçi”dəki ilk təmsilçisi kimi komandanın uğurlu çıxışı üçün maksimum çalışacağam. Əlimdən gələn ən yaxşısını etməyə çalışacağam. Komandanın uğurlarında pay sahibi olmaq istəyirəm. Çalışacağam ki, “Neftçi” mümkün qədər çox qələbə və çempionluq qazansın”.

Qeyd edək ki, Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Oxşar xəbərlər