Nobel mükafatının qalibləri məlum oldu

2019-cu il Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı.

SOSİUM.az xəbər verir ki, mükafatın sahibləri James Peebles (Kanada-ABŞ), Mişel Mayor (İsveçrə) və Didier Queloza (İsveçrə) olub.

Qeyd edək ki, James Peebles Fiziki kosmologiya sahəsində nəzəri kəşfə görə, Mişel Mayor və Didier Queloz isə “Günəş tipli ulduz orbitində olan ekzoplanetin kəşfinə görə mükafata layiq görülüblər.

Qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək.

Oxşar xəbərlər