Norveçin səfiri Rusiya XİN-ə çağırıldı

Rus diplomatının Oslodan qovulmasına görə Norveç səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

SOSİUM.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Xatırladaq k ki, daha əvvəl Norveç Polis Təhlükəsizlik Xidməti dövlət sirrini ötürməkdə şübhəli bilinən 50 yaşlı Norveç vətəndaşını həbs etmişdi. İddiaya görə, həbs olunan şəxs Rusiyanın kəşfiyyat zabiti ilə görüşərək ona Norveçin maraqlarına zərər verə biləcək məlumatlar ötürüb.

Avqustun 19-da Norveç rusiyalı diplomatın qovulacağını elan edib. Ehtimal olunur ki, söhbət Rusiyanın Oslodakı ticarət nümayəndəsinin müavini Aleksandr Stekolşikovdan gedir.

Oxşar xəbərlər