Mərkəzi Bank depozit hərracı keçirəcək

21 oktyabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

SOSİUM.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərrac vasitəsilə 100 milyon manatın cəlb edilməsi nəzərdə tutulur.

Müddət 14 gün, faiz dərəcəsi 6,26% – 7,99%-dir.

Xəbər verdiyimiz kimi, 14.10.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 582.8 milyon manat, 07.10.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında isə tələb 583.6 milyon manat təşkil etmişdi.

Oxşar xəbərlər