Bakıda “Novostroyka” yanıb: 10 sakin…

Bakının Xətai rayonu, Neapol küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının dam örtüyündə meydana gələn yanğın zamanı zəhərlənənlər olub.

SOSİUM.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur).

Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyyə olunub. İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Əlavə məlumat veriləcək.

***

Saat 02:43

Bakının Xətai rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Neapol küçəsi 16 ünvanında qeydə alınıb.

Yanğın çoxmərtəbəli yaşayış binasının dam örtüyündə müşahidə edilib. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​

Oxşar xəbərlər