Novruz Məmmədov da danışdı: “Bu qərar…”

“ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnaməsi qərəzli və ədalətsizdir”.

SOSİUM.az xəbər verir ki, bu fikirləri sabiq Baş nazir, politoloq Novruz Məmmədov bildirib.

“Son vaxtlar ABŞ-dan Türkiyəyə qarşı xüsusi bir mövqe formalaşıb və onu müəyyən formada konqresdə nümayiş etdirdilər. Əlbəttə, bu ədalətsiz qərardır və düzgün mövqe deyil. Bu mövqe illərdir ki, gündəlikdə var idi. Müəyyən o qərəzləri və mənfi münasibəti göstərmək üçün konqresdə yığışıb belə münasibət bildirdilər. Türkiyənin özü də bu ədalətsiz qərara öz reaksiyasını açıq şəkildə söyləyib”.

Oxşar xəbərlər