Nyu-Yorkda atışma, ölənlər və yaralılar var

ABŞ-ın Nyu-York şəhərində riyeltor şirkətinin binasında baş vermiş atışma nəticəsində azı iki nəfər həyatını itirib.

SOSİUM.az xəbər verir ki, bu barədə “Spectrum News” telekanalı Nyu-York ştatının polisinə istinadən xəbər verib.

Onun məlumatına görə, polis atəş açanın şəxsiyyətini müəyyənləşdirə bilib. “7News” telekanalının xəbərinə görə, söhbət riyeltor şirkətində çalışmış Barri Stüartdan gedir. Qeyd edilir ki, cinayətkar hələ azadlıqdadır və atışmanın səbəbi məlum deyil.

Oxşar xəbərlər