Nyu-Yorkda komendant saatı uzadıldı

Nyu-Yorkda komendant saatı bir gün daha uzadılıb.

SOSİUM.az xəbər verir ki, TASS bu barədə meqapolisin meri Bill de Blasionun “Twitter”də yazdığı açıqlamaya istinadla məlumat yayıb.

“Hazırkı etirazlarda məna və güc var. Ancaq qaranlıqda bir qrup insan etiraz nümayişlərindən zorakılığı qızışdırmaq və əmlakı məhv etmək üçün istifadə edir. Bizim əsas prioritetimiz insanların təhlükəsizliyini təmin etməkdir.

Buna görə komendant saatını uzadacağam. Çərşənbə axşamı, saat 20:00-da başlayacaq (Bakı vaxtı ilə 04:00, çərşənbə günü)”, – deyə De Blasio yazıb.

İyunun 1-i, saat 23:00-dan iyunun 2-si, 05:00-dək mer şəhərdə komendant saatı tətbiq olunduğunu elan edib. Qaydanı pozanları üç aya qədər həbs cəzası, həmçinin, 500 dollaradək cərimə gözləyir.

Nyu-York Polis İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, son bir gündə şəhərdə etiraz aksiyaları və iğtişaşlar zamanı 250-dən çox insan nəzarətə götürülüb. Yeddi hüquq-mühafizə işçisi yaralanıb, 11 polis maşınına zərər dəyib.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir