“Vaxtında ona qarşı sərt addımlar…”

“Həbsdən çıxan müxalifətçi özü Azərbaycan məhkəməsinin mindən artıq qərarını pozub”.

SOSİUM.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Hansı ki, o, Azərbaycan vətəndaşını işə bərpa etməyib və insanları dövlətdən narazı salıb. O, Avropa Məhkəməsinin 5 qərarını yerinə yetirmir. Demokratik Qərbdən, Amerikadan və başqa-başqa yerlərdən danışır. Hüquqdan, islahatdan və digər məsələlərdən dəm vurur. Vaxtı ilə özü bu əməllərin sahibi olub. O qərarlar vaxtında yerinə yetirilsəydi və yerinə yetirilmədiyi halda ona ciddi şəkildə cəza verilsəydi, bu gün o, başqa cinayətlərə də yuvarlanmazdı. Bu məsələdə ciddiliyi təmin etmək lazımdı”, – S.Novruzov əlavə edib. Qeyd edək ki, deputat ittiham etdiyi şəxsin adını çəkməyib.

Oxşar xəbərlər