Obama şok faktlar açıqladı: Küçədən…

Mişellə tanış olanda 3 köynəyim, bir boşqabım var idi. Köhnə görünüşlü mənzillərdən birində yaşayırdım və bütün mebellərim, küçədən götürülmüşdü.

SOSİUM.az xarici KİV-ə istinadən xəbər verir ki, bu  barədə ABŞ-ın 44-cü prezidenti Barak Obama “Renegades podcast”da qonaq olarkən bildirib. O, şəxsi həyatından, Mişellə tanışlığından söhbət açıb.

“İlk dəfə mən onu ortaq dostlarımızın toplaşdığı məkanda görmüşəm. Onun “Saab” markalı avtomobili var idi. Biz tanış olduq. Və eləcə münasibətimiz başladı.  Mişel bilirdi ki, mənim heç bir əmlakım yoxdur.  Amma Mişellə biz yenidən həyat qurmağa başladıq. Düşünürəm ki, onunla biz çox uğurlu işlər gördük. Mişel siyası gücümün bir parçasıdır”,- deyə Obama ifadə edib.

Oxşar xəbərlər