Obamadan Baydenə qəribə dəstək

ABŞ-ın keçmiş prezidenti Barak Obama Pensilvaniya ştatında demokratlardan prezidentliyə namizəd Co Bayden üçün səsgücləndirici ilə səs istəyib.

SOSİUM.az xəbər verir ki, Obama səkkiz il köməkçisi olmuş Co Baydeni dəstəkləməyə görə, Pensilvaniyadakı təbliğat kampaniyalarına qatılıb.

Səsgücləndirici ilə Baydenə səs istəyən Obama ştatda zənci siyasətçilər və icma liderləri ilə də görüşlər keçirib.

Pensilvaniyanın ABŞ seçkilərində kritik ştatlardan biri olduğu bildirilir.

Oxşar xəbərlər