Oksana ərini nə günə qoydu: “Göstərmərəm”

“Heç atası uşağımı görür ki… Övladımın atası Türkiyədədir. Ora köçməyi düşünmürəm, ailəm burada yaşayır”.

SOSİUM.az xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova açıqlamasında deyib. Sənətçi oğlu Osmanı mediadan gizli saxlamağının səbəbini açıqlayıb:

“Uşağımı göstərmək istəmirəm. Şou-biznesdə bir neçə ailələr var ki, övladlarını göstərmirlər. Uşaqların bəlli dövrü var, onları qorumaq lazımdır. Onlar ağ vərəqdir. Mənfi enerji uşağa tez yapışır. Tövsiyə edərdim ki, uşaqlarının şəklini paylaşmasınlar. Ağıllı valideynlər bunu etmir. Edənlərə həsrətlə baxıram. Axı mən də istəyirəm.

10 ildən artıq idi ki, övlad sahibi olmaq istəyirdim. Problemlər vardı deyə, alınmırdı. Həyatımda ən böyük tapıntımı tapmışam”.

Oxşar xəbərlər