Ölkəmizə işləməyə gələnlərin sayı artıb

2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.

SOSİUM.az xəbər verir ki, bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 11 dəfə artıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 110 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 5 134 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 53,9 faiz azdır.

Oxşar xəbərlər