“Onlar vəzifələrə gəlib…” – Nağıyevdən sərt açıqlamalar

“Bilirsiniz, siz artıq sual yerinə söz güləşdirməyə keçirsiniz. Mən çox adamları tanıyıram. O adamların həmin vəzifələrə qoyulmasına da mən vaxtilə etiraz etmişəm”.

SOSİUM.az xəbər verir ki, bu sözləri demokrat.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının sabiq sədr müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev söyləyib.

O deyib ki, həmin şəxslərin vəzifədən azad olunmaları günün tələbi idi:

Hətta, bəzən bunu açıq şəkildə söyləmişəm. Zaman da göstərdi ki, mən doğru demişəm. Çünki onlar vəzifələrə gəlib həmin yerləri üfunətə döndərdilər. Onlardan hələ də vəzifələrdə təmsil olunanları var. Ancaq əsas səlahiyyət sahibi Prezidentdir. Onun məlumat almaq və bunu təhlil edib nəticə çıxarmaq imkanları da böyükdür. Prezident məsələlərə mən baxdığım bucaqdan baxmır. Yəni, mənim hesablamalarımla Prezidentin hesablamaları düz gəlməyə bilər.

Oxşar xəbərlər