“Qaydalara riayət edin!” – Oqtay Əsədov

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deputatları reqlamentə əməl etməyə çağırıb.

SOSİUM.az xəbər verir ki, O.Əsədov iclasda çıxış üçün 5 dəqiqəlik limitin olduğunu xatırladıb:

“Hörmətli millət vəkilləri! Bilirsiniz ki, çıxış üçün 5 dəqiqə vaxt nəzərdə tutulub. Sözünüz, cümləniz yarımçıq qalanda yaxşı çıxmır. Ona görə də xahiş olunur 5 dəqiqəyə riayət edək”.

Oxşar xəbərlər