“Özünü dilənçi kimi, düşük kimi aparan…”

“Özünü dilənçi kimi, düşük kimi aparan Ermənistan rəhbərliyi dünya liderlərinə zəng edir ki, səslərni çıxartsınlar. Onlar necə çıxartsın səslərini?!”.

SOSİUM.az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Televizyası vasitəsilə xalqa müraciət edərkən bildirib.

Ali Baş Komandan deyib ki, Azərbaycan müharibəni beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində aparır:

“Bizim başqasının torpağında gözümüz yoxdur, belə iddiamız da yoxdur.  Baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən vurmuşdu, biz bunun cavabını döyüş meydanında verdik. Mən demişdim ki, biz vətəndaşlarımızın qanını döyüş meydanında alacağıq. Biz onlara diz çökdürmüşük, layiq olduqları yeri göstərmişik. Qovuruq onları. Hər gün cəbhədən xoş xəbərlər gəlir, hər gün ordumuz yeni yerlər azad edir”.

Oxşar xəbərlər