İntihar edən iş adamı ilə bağlı yeni faktlar

Ötən gün özünü öldürən Ramin Alməmməd oğlu Əliyev haqda bir sıra faktlar əldə olunub.

SOSİUM.az “Yenisabah”a istinadən xəbər verir ki, sosial bina tikintisi ilə məşğul olan Raminə bu biznes qayınatası tərəfindən bağışlanılıb. Sosial şəbəkələrdə yayılan məlumatlarda özünə qəsd edən Ramin uzun illərdir ailəli olduğu və bu evlilikdən 3 övladı olduğu deyilir – 1 qız və 2 oğlan. Kiçik oğlu 2 yaşın içindədir.

Ən maraqlısı isə odur ki, Raminin gizli eşq yaşadığını müğənninin qızı ilə münasibətindən müğənninin özü xəbərdar olub və o, bu münasibətin əleyhinə olmayıb.

Oxşar xəbərlər