Pandemiya bitən kimi qurultay keçiriləcək”

“Azərbaycan Yazıçılar Birliyinin qurultayı pandemiya bitən kimi keçiriləcək”.

SOSİUM.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar deyib.

O bildirib ki, pandemiya ilə əlaqədar 10 nəfərdən artıq yığışmağa icazə verilmir: “Yazıçılar Birliyi isə 10 nəfərlə qurultay keçirə bilməz”.

Qeyd edək ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 7 il əvvəl – 2014-cü keçirilib. Ötən il aprel ayında çağırılması planlaşdırılan XIII qurultay pandemiya ilə əlaqədar oktyabr ayına keçirilmişdi.

Oxşar xəbərlər