Parlament hərbi xidmətə çağırışın müddətinin uzadılmasına “HƏ” dedi

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddəti uzadılır.

SOSİUM.az-ın məlumatına görə, Milli Məclisin iclasında “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihədə bu müddətin mayın 31-dək uzadılması təklif edilir.

Layihə səsverməyə qoyularaq qəbul edilib.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir