VHP sədrinin müavini komaya düşdü

Vətəndaş Həmrəyliyi Partiyasının(VHP) sədrin müavini Arif İsmayılbəyli koronavirusa yoluxub.

SOSİUM.az xəbər verir ki, hazırda Arif İsmayılbəyli reanimasiyadadır və aparata qoşulub.

A. İsmayılbəylinin həyat yoldaşı Mərziyyə İsmayılbəyli isə COVID-19-dan bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasında şöbə müdiri Səməndər Çaxmaqlı da koronavirusa yoluxub, o da reanimasiyada aparata qoşulub.

Oxşar xəbərlər