“PAŞA Holdinq” daha bir şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Baku Vinter Park Hotel Company” MMC-ni dövlət qeydiyyatına alıb.

SOSİUM.az xəbər verir ki, yeni şirkət “PAŞA Holdinq” MMC-yə məxsus hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də (“Port Baku”) qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Səidə Əflatun qızı Baxşıyevadır. O, bir qədər əvvəl fəaliyyətini dayandırmış “Bakı-XXI Əsr” MMC-nin direktoru olub.

Oxşar xəbərlər