Paşinyan yola salınır: plan işə düşdü

“Paşinyanın Rusiya Prezidentinə ünvanladığı məktuba Valdimir Putin deyil, həmin ölkənin Xarici İşlər Nazirliyi cavab göndərib. Bu o deməkdir ki, rəsmi Kreml Qarabağ münaqişəsinin potensial həlli yollarının Ermənistanın mövcud hakimiyyəti ilə müzakirəsinə daha meyilli deyil”.

SOSİUM.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov qeyd edib ki, bu, Paşinyan hakimiyyəti üçün sonun başlanğıcı da hesab oluna bilər: “Cenevrə görüşünun nəticələri və eləcə də Moskvanın Yerevana cavabı bir daha rəsmi Bakının xarici təzyiqləri xeyili dərəcədə neytrallaşdıra bildiyindən xəbər verir. Beynəlxalq siyasətdə uğurlarımız Qarabağda Böyük Qələbənin tezləşməsinə xüsusi təkan verir. Qarabağ Azərbaycandır!”

Oxşar xəbərlər