“Paşinyanın yeganə çıxış yolu odur ki…”

Sovet dövründə çəkilmiş tarixi bir film var. Reyxstaq bombalanır, sovet qoşunları artıq Berlindədir. Hitler isə yeraltı bunkerdə yanında sağ qalan rütbəli generalları təltif edir. Onlara yeni vəzifələr, rütbələr verərək tapşırır ki, sovet qoşunlarının qarşısına çıxın. Bu gün Paşinyan Hitlerin həminki vəziyyətinə düşüb. Faşist ideologiyası ilə yaşayan Paşinyan və onun ətrafındakılar artıq çıxılmaz vəziyyətdədirlər.

SOSİUM.az əbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Milət vəkili bildirib ki, Paşinyan məğlub hərbçiləri ruhlandırmağa çalışır:

”Onlara hərbi rütbələr, adlar verməklə güclü Azərbaycan Ordusunun qarşısına göndərmək istəyir. Amma bunlar da baş tutmayacaq. Çünki ordumuz hər gün düşmənə daha güclü zərbələr vurur, bu da onları getdikcə ruhdan, taqətdən salır. İşğalda olan ərazilərimiz isə azadlığa qovuşur. Paşinyan bu cür sərsəm qərarlar verməkdənsə, yerdə qalan erməni əsgərlərini xilas etməyi düşünsə yaxşı olardı. Paşinyanın yeganə çıxış yolu ağ bayraq qaldırıb, dizini yerə qoyub təslim olmasıdır. Ali Baş Komandanın da vurğuladığı kimi, Paşinyan Azərbaycan xalqından etdikləri cinayət əməllərinə görə üzr istəməlidir. Belə etməsələr, Ermənistan ordusuz qalacaq. Axırıncı əsgərinə qədər ölmələrini istəmirlərsə, təslim olmalıdırlar”.

Elman Məmmədov vurğulayıb ki Ali Baş Komandanın xalqa, orduya güvəni cəbhədə və diplomatiyada uğurların təminatına imkan yaradıb:

“Hərbi əməliyyatlar başlayandan cənab Prezidentin həm yerli, həm də xarici telekanallara müsahibəsində sərgiləmiş olduğu mübarizlik, əzmkarlıq və qətiyyət dövlətimizin gücünü ifadə edir”.

Oxşar xəbərlər